Dörd dünya çempionatında iştirak etmiş futbolçu karyerasını başa vurub

  • 21:38 - 29 Mart

İngiltərənin "Everton" klubunun və Avstraliya milli komandasının sabiq futbolçusu Tim Keyhill karyerasını başa vurub.

40 yaşlı hücumçu bu barədə şəxsi "Twitter" hesabından məlumat verib. Təcrübəli forvard bildirib ki, ən yaxşı şey uşaq olarkən xəyal etdiklərini reallaşdırmaqdır. O, uşaq olarkən sadəcə futbolçu olmaq istədiyini vurğulayıb: "Artıq təqaüdə çıxmaq və ailəmə vaxt ayırmağın vaxtıdır".

Qeyd edək ki, Tim Keyhill son olaraq Hindistanın "Camşedpur" komandasının formasını geyib. Oyunçu Avstraliya milli komandasında 107 oyuna 50 qol vurub. Forvard 2006, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib və 5 qola imza atıb.

 

 

 

report


Oxunma sayı: 5588

Oxşar yazılar