Problemli kreditləri olanların nəzərinə: Güzəştlər kompensasiya məbləğindən çıxılacaq

  • 11:13 - 28 Mart

Azərbaycanda banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib.

Onun sözlərinə görə, prezidentin bu məsələ ilə bağlı fərmanda isə yaranmış məzənnə fərqindən çəkilən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

“Əgər kredit təşkilatı xüsusi məzənnə endirimləri ilə müqavilə təklif edibsə, o zaman həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq, ona uyğun olaraq hesablanacaq”, - O.İsmayılov əlavə edib.

Palatanın mətbuat katibi Elşən Allahverdiyev isə bildirib ki, vətəndaşlar növbəlilik prinsipi ilə banklara dəvət olunacaqlar.

“Ən geci aprel ayının sonundan kompensasiyaların ödənilməsinə başlanılacaq”, - o deyib.

Report


Oxunma sayı: 8613

Oxşar yazılar