"Arsenal"a keçmək istərdim, amma Mxitaryan kimi yox" - Ramil Şeydayev

  • 11:05 - 28 Mart

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev azarkeşlik etdiyi komandanın adını açıqlayıb.

Hazırda Rusiya "Krılya Sovetov"unda çıxış edən hücumçu uşaqlıqdan İngiltərə "Arsenal"ının oyun üslubunu bəyəndiyini bildirib. 23 yaşlı forvard bu sevginin hələ ilk kompüteri olduğu vaxt futbol simulyatorunda oynadığı vaxtdan qaldığını söyləyib: "Oyunlar zamanı həmişə "topçular"dan olurdum. O vaxtdan belə qalıb".

Lakin Şeydayev "Arsenal"a Ermənistan millisinin futbolçusu Henrik Mxitaryan kimi transfer olunmağı arzulamadığını diqqətə çatdırıb: "Əlbəttə, onun yolunu təkrarlamaq istərdim. Amma "Mançester Yunayted"də də çıxış etməklə yox. Ən yaxşısı, "Arsenal"a birbaşa düşməkdir".

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycanda "Qarabağ", Slovakiyada isə "Jilina"nın da formasını geyinib. 

Report


Oxunma sayı: 6765

Oxşar yazılar