Bakıda musiqi üstə adam öldürənlərin məhkəməsi başladı

  • 17:29 - 27 Mart

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Avropa.info Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəməyə gəlmədiyindən proses aprelin 2-dək təxirə salınıb.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsində kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini E.Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş X.Mustafayev saxlanılıblar.

İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə kafedə musiqi sifarişi üstündə düşüb.

İstintaq orqanı tərəfindən E.Nəcəfov və X.Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.


Oxunma sayı: 6490

Oxşar yazılar