"Star" neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək

  • 12:15 - 27 Mart

"Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Star" neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu zavodun baş direktoru Mesut İlter deyib.

O bildirib ki, zavodda bütün sınaq işləri başa çatıb.

M.İlter qeyd edib ki, hazırda "Star" neft emalı zavodu fəal işləyir və tezliklə tam istehsal gücünə çatacaq:

"Bu ilin qalan hissəsində zavod 7,5-8 milyon ton neft emal edəcək, 2020-ci ildə isə müəssisə bu göstəricini 10 milyon tona çatdıracaq".

O əlavə edib ki, "Star" neft emalı zavodu tam istehsal gücünə çatandan sonra "Petkim"in xammal tələbatını tam ödəyəcək.

M.İlterin sözlərinə görə, "SOCAR Turkey Energy"nin planlaşdırdığı ikinci neft-kimya zavodunin istifadəyə verilməsinədək bu zavod 500 milyon dollar məbləğində və ya 700 min ton xammal ixrac edəcək.


Oxunma sayı: 5929

Oxşar yazılar