ABŞ İranla əlaqəsi olan türk bank və vətəndaşlarını cəzalandırdı

  • 11:55 - 27 Mart

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrana pul  köçürmək ittihamı ilə 25 şirkət və adamı sanksiyalar siyahısına salıb.

Avropa.info xəbər verir ki, SEPAH-a bağlı “Qüds qüvvələri”nə İran MN və SQ-nin Loqistika Nazirliyinə bank xidmətləri göstərən “Ənsar Bank” sanksiyalar siyahısına əlavə olunub. Bank devalvasiyaya uğramış İran pulunu “Qüds qüvvələri”nə dollar və avro formasında ötürüb. 

Sanksiyalar siyahısına “Ənsar Bank”la əlaqəsi olan Türkiyə və BƏƏ vətəndaşları və şirkətləri də daxil edilib. Türkiyədən Qapalı çarşıda yerləşən “Atlas Döviz” və “Ənsar Bank”la bağlı olduğu iddia edilən Əli Şəms Mulavi və Türkiyə vətəndaşı Süleyman Sakan da var. 

“Bu gün İran rejiminin 1 milyard dollardan çox pulu qanunsuz şəkildə dövr etdirmək üçün qurduğu sistemi pozmaq üçün İran, Türkiyə və BƏƏ-yə məxsus qurama şirkət və şəxslər şəbəkəsini hədəf seçdik” – ABŞ maliyyə naziri Stiven Mnuçin deyib.


Oxunma sayı: 6666

Oxşar yazılar