“Avro 2020”: Türkiyə millisi Moldova seçməsini qəbul edəcək

  • 14:25 - 25 Mart

Martın 25-də “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində 7 qarşılaşma oynanılacaq.

Avropa.info xəbər verir ki, gün ərzində A, B və H qruplarında görüşlər keçiriləcək. Günə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq Türkiyə - Moldova oyunu ilə start veriləcək. H qrupunun digər oyununda Andorra ilə Albaniya və Fransa ilə İslandiya yığmaları qarşılaşacaq. Bu qrupda Fransa, İslandiya və Türkiyənin üç xalı var.

A qrupunun lideri İngiltərə yığması səfərdə Monteneqro seçməsinin qonağı olacaq. Digər oyunda isə Kosovo və Bolqarıstan milliləri üz-üzə gələcək. A qrupunda İngiltərə yığmasının 3, Monteneqro və Bolqarıstan seçmələrinin 1 xalı var. Kosovo yığması birinci turda oyun keçirməyib. Çexiya millisi isə ilk turda məğlub olub.

Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Lüksemburq – Ukrayna, Portuqaliya – Serbiya görüşləri oynanılacaq. Birinci turdan sonra qrupa 3 xalla Lüksemburq yığması başçılıq edir. Portuqaliya və Ukrayna millilərinin 1 xalı var. Serbiya birinci turda oyun keçirmədiyi, Litva isə məğlub olduğu üçün xal qazanmayıb.

Türkiyə-Moldova oyunundan başqa digər görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Oxunma sayı: 5247

Oxşar yazılar