Luka Modriç: "Azərbaycan çətin komanda olduğunu sübut etdi"

  • 14:35 - 22 Mart

"Oyun gözlədiyimizdən daha çətin oldu. Lakin asan olacağını da gözləmirdik. Azərbaycan çətin komanda olduğunu sübut etdi. Bizim üçün ən vacib olanı üç xal qazanmaq idi və bunu da bacardıq".

"Report" "Dnevnik.hr" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin kapitanı Luka Modriç AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

34 yaşlı yarımmüdafiəçi olduqca yaxşı bir oyun keçirdiklərini vurğulayıb. Ulduz futbolçu Azərbaycan millisinin də yaxşı müdafiə olunduğunu söyləyib: "Rəqib əks hücumlar edəndə daha tez müdafiə olunmalıyıq. Bu qarşılaşmada mənfi cəhətimiz yalnız bu idi". 


Oxunma sayı: 11440

Oxşar yazılar