Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb

  • 19:02 - 21 Mart

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm qələbəyə imza atıb.

54 idmançı ilə təmsil olunan Azərbaycan yığması 24 (6 qızıl, 10 gümüş, 8 bürünc) medal qazanıb.

Qeyd edək ki, idmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparıblar.

Bu gün oyunların bağlanış mərasimi keçiriləcək.

Növbəti Xüsusi Yay Olimpiya oyunları 2023-cü ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək.


Oxunma sayı: 12694

Oxşar yazılar