Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

  • 17:00 - 21 Mart

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

"Report"un  məlumatına görə, saxlanılan rayon sakini Səbuhi Məmmədovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 1,054qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

Araşdırmalarla S.Məmmədova narkotiki satan şəxsin rayonun Astanabad kənd sakini Mirrahim Zülfüqarov olduğu müyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan M.Zülfüqarovun üzərindən 2 bükümdə, ümumi çəkisi 16,307qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6930

Oxşar yazılar