Bakıda bank hesabından oğurluq edən şəxs tutuldu

  • 17:21 - 19 Mart

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bank hesabından oğurluqla bağlı müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.


Oxunma sayı: 9229

Oxşar yazılar