Abramoviç “Çelsi” üçün fantastik məbləğ istədi – Danışıqlar dalana dirəndi

  • 16:14 - 19 Mart

İngilis mətbuatında dərc olunan xəbərlərə görə, bir müddətdir “Çelsi”ni satmağa çalışan rusiyalı milyarder Roman Abramoviç tək müştərisini də itirmək üzrədir.

Avropa.info xəbər verir ki, britaniyalı milyarder “Çelsi” ilə maraqlanırdı. Ancaq bir müddətdir davam edən danışıqlar dalan dirənib. Səbəb isə Abramoviçin astronomik pul tələbidir. Dəqiq sərvəti 21 milyard funt olduğu təxmin edilən Ratklif Abramoviç klub üçün 2,5 milyard funt tələb edəndən sonra danışıqlar dayandırılıb.

“Mançester Yunayted” tərəfdarı olmasına baxmayaraq, “Çelsi”nin sezonluq biletinə sahib olan Ratklif ingilis klubunun oyunlarını qaçırmır. 

İngilis milyarderin danışıqları dayandırması İngiltərədə viza problemi ilə üzləşən Abaramoviçi çətin vəziyyətə qoyub.


Oxunma sayı: 11187

Oxşar yazılar