Xorvatiya - Azərbaycan oyununu bolqarıstanlı hakimlər idarə edəcək

  • 21:15 - 18 Mart

Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də, saat 23:45-də Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər məlum olub.

Oyunun baş hakimi Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq. Hakimlər briqadası Bolqarıstandandır.

Georgi Kabakov


Oxunma sayı: 13255

Oxşar yazılar