"Avro 2020": Final mərhələsinin püşkü Buxarestdə atılacaq

  • 16:47 - 16 Mart

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki "National Arena"da təşkil olunacaq.

Avropa.info xəbər verir ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. "Avro 2020"nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Təşkilatçı ölkələrin heç birinin milli komandası final mərhələsinə birbaşa vəsiqə qazanmaq müstəsnalığına malik deyil və UEFA üzvü olan bütün milli assosiasiyaların komandaları seçmə mərhələdə mübarizə aparacaq. Bundan əlavə, UEFA Millətlər Liqası vasitəsilə də "Avro 2020"nin final mərhələsinə vəsiqə qazanmaq mümkündür.

"Avro 2020"nin seçmə mərhələsinin püşkü 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası "E" qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələdə ilk oyununu martın 21-də Zaqreb şəhərində Xorvatiya komandasına qarşı keçirəcək.


Oxunma sayı: 6677

Oxşar yazılar