İki Konstitusiya qanunu ləğv olunur

  • 11:53 - 16 Mart

Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.

Bu haqda Modern.az-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirəyə çıxarılıb.

Bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanununun və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli qanunun ləğvi barədə Konstitusiya qanunlarıdır.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib. 


Oxunma sayı: 4686

Oxşar yazılar