Mnatsakanyan Əliyev-Paşinyan görüşünün yerini açıqlamır - "Burada məsələ qarşılıqlı hörmətlə bağlıdır"

  • 18:33 - 15 Mart

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşünün yerini və vaxtını açıqlamaqdan imtina edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, nazir bu məlumatı tərəflərin eyni vaxtda açıqlayacağını deyib.

“Hər şeyi razılaşdırıb sonra eyni vaxtda bəyan edəcəyik. Bu məqam hələ gəlib yetişməyib ki, biz bəyanatla çıxış edək. Burada tərəflər arasında qarşılıqlı hörmət məsələsi ondan ibarətdir ki, biz razılaşdırılmış şəkildə görüşün yeri və vaxtı barədə eyni vaxtda elan edəcəyik. Hazırda bu istiqamətdə iş davam edir”-Mnatsakanyan belə deyib.

 

Bu arada Ermənistanın xüsusi xidmət orqanlarına yaxın aysor.am saytı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən Moskvanın Əliyev-Paşinyan görüşü üçün “meydança ayırmağa hazır olduğu haqda xəbər yayıb. Ancaq az sonra həmin xəbəri lentdən çıxarıb.


Oxunma sayı: 6578

Oxşar yazılar