Ağdamda 4 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu

  • 19:45 - 14 Mart

Ağdamda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Sebastiyanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7942

Oxşar yazılar