“Avropada Türkiyəni, Ərdoğanı tənqid etməsəniz məqalələriniz satılmaz” – İtaliyalı jurnalistdən etiraf

  • 18:04 - 14 Mart

İtalyanın AGİ agentliyinin müxbiri Cüzeppe Didonna Avropada Türkiyə və Ərdoğan əleyhinə kampaniya aparıldığını etiraf edib.

Avropa.info xəbər verir ki, Didonna Avropada Türkiyə və Ərdoğanın tənqidi dərc olunan məqalələrin daha asan satıldığını etiraf edib. 

Didonnanın sözləri Avropanın Türkiyə barədə həqiqətləri görməməzliyə vurması və manipulyasiya məqsədli xəbərləri dövriyyəyə buraxması haqda şübhələri bir daha təsdiqləyib.

“Avropada Türkiyənin tənqid etsəniz məqalələrinizi satmaq bir o qədər asan olar. Məsələn, burada Avropa ölkələrinin heç birində görmədiyim qaçqınlar üçün ən yaxşı inteqrasiya sistemi var. Amma bunu yaza bilməzsiniz, çünki satılmaz və kimsə də oxumaq istəməz” – italiyalı jurnalist belə deyib.


Oxunma sayı: 4851

Oxşar yazılar