Avropa suriyalı qaçqınlar üçün Türkiyəyə 1,5 milyard avro verəcək

  • 16:00 - 14 Mart

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini Türkiyəyə sığınan suriyalılar üçün nəzərdə tutulmuş 3 milyard avronun 1,5 milyardının veriləcəyi barədə danışıb.

Avropa.info xəbər verir ki, suriyalı miqrantların evlərinə qayıtması üçün təhlükəsiz yollar yaradılmasının vacibliyini qeyd edən Moqerini uzun illərdir suriyalılara sığınacaq verən Türkiyə Livan və İordaniya hökumətlərinə və xalqlarına təşəkkür edib.

“Avropa İttifaqı 2019-cu ildə Suriyadakı böhran üçün Eyni miqdarda pulu 2020 və 2021-ci illərdə köçürməyi planlaşdırırıq. Türkiyədəki suriyalılar üçün ikinci 3 milyard avronun 1,5 milyardını ayıracağımızı bildirmək istəyirəm” – Moqerini belə deyib.


Oxunma sayı: 15763

Oxşar yazılar