Trampın adamının həbs cəzası daha 43 ay artırıldı

  • 15:45 - 14 Mart

2016-cı ildə Donald Trampın prezident seçkisi kampaniyasını aparan Pol Manafort aldığı həbs cəzaları ilə gündəmə gəlib.

Avrop.ainfo xəbər verir ki, keçən həftə Virciniya ştatında 47 həbs cəzasına məruz qalan Manaforta bu gün Vaşinqton ştatında keçirilən məhkəmədə də 43 ay əlavə həbs cəzası verilib.

Pol Manafort məhkəmədə etdiyi çıxışda “Etdiklərimə və bizi bu yerə gətirən fəaliyyətlərimizdən dolayı üzr istəyirəm” deyib.

Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı həbs olunan Manafort xüsusi səlahiyyətli prokuror Robert Müllerlə əməkdaşlıq etməyi qəbul etdikdən sonra istintaq yalan danışmaqda ittiham olunurdu. Prokurorluq Manafortu Ukraynadakı Rusiya yönlü şəxslərdən aldığı milyonlarla dolları ABŞ-dan gizlətməkdə ittiham edirdi.


Oxunma sayı: 5940

Oxşar yazılar