Daha bir amerikalı seçkidə Trampa rəqib olduğunu açıqladı

  • 13:49 - 14 Mart

ABŞ siyasətinin yeni ulduzu Konqresin Nümayəndələr Palatasının sabiq üzvü demokrat Beto O`Rourk 2020-ci ildə keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb.

Avropa.info xəbər verir ki, Texasın KTSM telekanalında namizədliyini təsdiqləyib. El Paso şəhəri xaricində az tanınan O`Rourk keçən il keçirilən senator seçkilərində Texasda Ted Kruza qarşı mübarizə aparmışdı.

Qeyd edək ki, 2016-cı ildə Donald Trampın rəqibi olan Hillari Klinton növbəti prezident seçkisində iştirak etməyəcəyini deyib. 


Oxunma sayı: 6501

Oxşar yazılar