İsveç rusiyalı diplomatı ölkədən qovdu

  • 13:23 - 14 Mart

Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev İsveç XİN-ə çağırılaraq ölkəni tərk etməsi tələb olunub.

Avropa.info xəbər verir ki, diplomat Rusiya lehinə kəşfiyyat informasiya yığarkən saxlanılan şəxslə əlaqədə olmaqda ittiham olunur. 

İsveç təhlükəsizlik polisi Rusiya diplomatik missiyasının əməkdaşının kəşfiyyat əməkdaşı olmasından və fevrala ayında Rusiya lehinə casusluq edən 46 yaşlı İsveç vətəndaşı ilə əlaqəsindən şübhələnir.

Saxlanılan şəxsin yüksək texnologiya sahəsində işlədiyi bildirilir. Casus ittihamları qəbul etmir.


Oxunma sayı: 4895

Oxşar yazılar