ABŞ və taliblər xarici qoşunların Əfqanıstandan çıxarılmasına dair razılığa gəlib

  • 23:49 - 12 Mart

ABŞ və “Taliban” hərəkatının danışıq qrupları xarici qoşunların Əfqanıstandan çıxarılmasına və terrorizmə qarşı mübarizəyə dair müqavilə layihəsi hazırlayıblar. 

Avropa.info xəbər verir ki, layihə martın 12-də, Qətərdə keçirilən danışıqların beşinci raundunun sonuncu günü razılaşdırılıb. 

Sənəddə taliblərin terror qruplaşmaları, o cümlədən “Əl-Qaidə” ilə əlaqələrin kəsilməsinə, hətta bu qruplaşmalara qarşı mübarizəyə hazır olduqları əksini tapıb. ABŞ tərəfi də öz növbəsində qoşunlarını Əfqanıstandan çıxarmağa hazır olduğunu ifadə edib.


Oxunma sayı: 5423

Oxşar yazılar