Ermənistan ordusunun əsgəri Azərbaycanın işğal olunmuş ərazilərində başından güllələndi : "Oğlumu Qarabağ erməniləri öldürdü" (Foto)

  • 15:03 - 12 Mart

Erməninstanın Leninakan RHK tərəfindən 2018-ci ildə hərbi xidmətə çağırılmış Azərbaycanın işğal edilmiş ərazilərində xidmət edən əsgər Karen Karapetyan bugün səhər saatlarında əsgər yoldaşı tərəfindən güllələnib.

Avropa.info xəbər verir ki, əsgərin anası Şahanduxt Karapetyan Ermənistan medasına verdiyi açıqlamada, oğlunun xidmət etdiyi hərbi hissədə düyüş postunda olarkən əsgər yoldaşı tərəfindən başından güllələndiyini bildirib. 

O, qeyd edib ki, oğlu Ermənistandan Qarabağa xidmət etməyə göndərildiyi gündən Qarabağ ermənilərinin təzyiqinə məruz qalıb. Dəfələrlə onun yerini dəyişməyə çalışsalar da bu mümkün olmayıb.

Ş. Karapetyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi K.Karapetyanın ölümü barədə xəbər versə də, onun öldürülmə şəraiti haqqında heç bir məlumat verəməyərək hadisəni gizlətməyə çalışır.

K.Karapetyanın anası, Ermənistan Müdafiə nazirliyinin hadisəni gizlədərək, əsgərin valideynlərinə düzgün məlumat vermədiyi təqdirdə Ermənistan hökümətinə müraciət olunacağını bildirib.

 

 


Oxunma sayı: 8327

Oxşar yazılar