Şad xəbər: Uşaqpulu bərpa olunur

  • 15:09 - 12 Mart

Üç yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir.

Avropa.info xəbər verir ki, bu sözləri 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsi ilə bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib.

“Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır. Bu baxımdan 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir”, - iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir:

“CESD-in təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaqpulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik”.

Qeyd edək ki, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli bugünkü iclasında Prezident İlham Əliyevin 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması ilə bağlı tapşırıq verdiyini açıqlayıb.


Oxunma sayı: 9119

Oxşar yazılar