"Napoli" İnsinyeni 100 mln. avroya satmağa hazırdır

  • 22:40 - 10 Mart

İtaliyanın "Napoli" klubunun hücumçusu Lorenso İnsinye yayda komandasını dəyişə bilər.

Neapol klubunun rəhbərliyi 27 yaşlı italiyalını 100 milyon avroya satmağa hazırdır.

Futbolçunun xidmətlərində "Mançester Siti", "Liverpul" və PSJ klubları maraqlıdır. Sözügedən komandalar "qış transfer pəncərəsi" dövründə "Napoli" ilə əlaqə saxlayıblar, lakin transfer məbləği barədə razılığa gələ bilməyiblər.

Nəşrin məlumatına görə, Lorenso komandanın mükafatlar qazana bilməməsindən təəssüf hissi keçirir.

İnsinye "Napoli"nin əsas heyətində 2009-cu ildən çıxış edir.

 

 

 

 

report


Oxunma sayı: 7942

Oxşar yazılar