Messi "Barsa"da qalacaq? - Prezident aydınlıq gətirdi

  • 12:15 - 10 Mart

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu komandanın lideri Leo Messiyə yeni müqavilə təklif olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, klub prezidenti bildirib ki, argentinalı futbolçunun sözləşməsinin müddətini uzatmaq istəyirlər:

"Leonun müqaviləsi 2021-ci ilin yayına qədərdir. Biz müddəti ən azı 1 il artırmaq istəyirik. O, indi həmişəkindən daha güclüdür. Messinin yeni titullar qazanmaq üçün ambissiyaları var".


Oxunma sayı: 6303

Oxşar yazılar