UEFA “Atletiko”nu 38, “Yuventus”u 30 min avro cərimələyib

  • 23:22 - 09 Mart

UEFA-nın İntizam Komitəsi “Atletiko” və “Yuventus”u madridlilərin xeyrinə (2:0) başa çatan Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk matçından sonra cərimələməyi qərara alıb.

Avropa.info xəbər verir ki, Avropa futbol qurumu “Atletiko”nu fanatlarının meydana xarici əşyalar atdığına və stadionun girişini bağladığına görə 38 min avro cərimə edib. “Yuventus” isə ikinci hissəyə gecikdiyi üçün 30 min avro cərimələnib.

 


Oxunma sayı: 5819

Oxşar yazılar