Azərbaycan voleybolunda görünməmiş hadisə: məşqçi öz komandasının oyununda hakimlik etdi

  • 16:18 - 07 Mart
Azərbaycanın voleybol hakimləri ölkə çempionatının oyunlarını boykot etmək qərarına gəliblər. Avropa.info “azerisport.com”a istinadən xəbər verir ki, “Lokomotiv”lə yeniyetmələrin yığma komandası arasında görüşdə xətt hakimləri meydançaya çıxmayıb. Oyuna baş hakimliyi isə “Lokomotiv”in məşqçilərindən biri edib. Mənbənin bildirdiyinə görə, hakimlər bir neçə aydır ki. federasiyadan maaş ala bilmirlər və buna görə də, yarışları boykot edirlər. Bildirilir ki, federasiyanın bütün ötən mövsümə görə əməkhaqqı üzrə borcları yığılıb.

Oxunma sayı: 3564

Oxşar yazılar