FETÖ-nün ədliyyə strukturlarında yaratdığı şəbəkədə “hakim və prokuror bacı” adı ilə həbs edilmiş üzvü Əsra Şahinə hökm oxunub.
Avropa.info xəbər verir ki, məhkəmədə çıxış edən prokuror müttəhimin “silahlı terror təşkilatına üzv olma” ittihamı ilə cəzalandırılmasını tələb edib. Özünü müdafiə edən Əsra Şahin ittihamları qəbul etməyərək barəsində bəraət verilməsini istəyib.
Məhkəmə Əsra Şahinə hökm oxuyaraq 7 il 1 ay 15 gün həbs cəzası verib.