Mingəçevirdə 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

  • 20:02 - 04 Mart
Mingəçevir şəhər polisi 3 kq yaxın narkotik maddə aşkar edib. Mingəçevir Şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Namiq Kərimov 10 qram marixuananı satarkən saxlanılmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 3 kq yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.         report

Oxunma sayı: 12342

Oxşar yazılar