Qubada "Tamerlan" adlı kafedə əməliyyat: Kafe sahibi, oğlu və 5 qadın saxlanıldı – Foto

  • 15:21 - 27 Fevral
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib. Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxunma sayı: 15906

Oxşar yazılar