Türkiyənin Afyonkarahisar şəhərinin Emirdağ rayonunda Xocalı üçün abidə ucaldılacaq - Foto

  • 15:07 - 25 Fevral
Türkiyənin Afyonkarahisar şəhərinin Emirdağ rayonunda Xocalı soyqırımına aid abidə ucaldılacaq. Bu haqda Avropa.info-ya əslən azərbaycanlı olan Ömər Koşar məlumat verib. Əslən Gəncədən olan və  babaları Osmanlı dönəmində Türkiyəyə köçən Ömər Koşar Emirdağ rayonunun bələdiyyə sədri Uğur Serdar Kargına Xocalı abidəsinin tikilməsi üçün müraciət etdiyini və müraciətə müsbət cavab aldığını bildirib. Emirdağ rayonunun bələdiyyə sədri Uğur Serdar Kargın "Başqana Xocalı soyqırımı ilə bağlı abidə tikilməsi üçün maraciət etdim. Başqan da bu təklifə müsbət cavab verdi. Hazırda abidənin hazırlanması üçün hazırlıq işləri aparılır" - Ömər Koşar belə deyib. Ömər Koşar Qeyd edək ki, Emirdağ rayonunda Gəncə xanlığı dövründə bura köçüb məskunlaşan 10 fərqli qəsəbə və kənd var.

Oxunma sayı: 8492

Oxşar yazılar