Təyyarəni qaçırmağa çalışdı – Yerindəcə güllələdilər

  • 11:42 - 25 Fevral
Banqladeş paytaxtı Dəkkədən  Dubaya uçan təyyarəni qaçırmağa çalışan şəxs yeri hüquq-mühafizə orqanları tərəfindən güllələnib. Avropa.info xəbər verir ki, 143 sərnişini daşıyan layner təcili halda Banqladeşin Çittaqonq şəhərində eniş edib. Pilot sərnişinlərdən biri özünü şübhəli apardığına görə, uçuşdan 40 dəqiqə sonra enmək qərarı verib. Boeing 737-800 təyyarəsinin 143 sərnişini və 7 ekipaj üzvünün  hamısı evakuasiya olunub. Təyyarəni ələ keçirməyə çalışan 25 yaşlı Banqladeş sakini ölkənin baş naziri ilə danışmaq imkanı tələb edib. Təyyarəni əhatə edən güc strukturları əməkdaşları onu təslim olmağa çağırınca o, atəş açmağa başlayıb. Güllə yarası alan terrorçu xəstəxanaya aparılarkən keçinib.    

Oxunma sayı: 13739

Oxşar yazılar