İranda daha bir etiraz aksiyası: Bu dəfə təqaüdçülər ayağa qalxdı

  • 11:22 - 25 Fevral

Müxtəlif fondlardan təqaüd alan şəxslər Tehranda Milli Məclis qabağında etiraz aksiyası keçiriblər. Avropa.info xəbər verir ki, əksəriyyətini keçmiş mədəniyyət işçiləri və dövlət qulluqçuları təşkil edən etirazçılar dövlət orqanlarından ağır həyat şəraitlərinin və problemlərinin aradan qaldırılmasını tələb ediblər. Onlar həmçinin əmək haqlarının verilməməsi və digər sosial problemlərə görə keçirilən etiraz aksiyaları zamanı həbs edilmiş fəhlələr və müəllimlərin azad edilməsi barədə də şüarlar səsləndiriblər. Təqaüdçülər son aylar ərzində bir neçə dəfə Milli Məclis qabağında etiraz aksiyası keçiriblər. Qeyd etmək lazımdır ki, son aylar ərzində İranda sosial problemlər, iş yerlərinin bağlanması, əmək haqlarının gecikməsi, eləcə də yarıtmaz iqtisadi və siyasi siyasətlərə görə dəfələrlə etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı onlarla insan həbs edilib. Yaxınları və insan haqları təşkilatları onların həbsxanada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayırlar.


Oxunma sayı: 89947

Oxşar yazılar