İstanbulda zəncirvari qəza: ölən və yaralananlar var – Foto
- 10:43 - 23 Fevral
Türkiyənin İstanbul şəhərində 11 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.
Avropa.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi D-100 magistralında qeydə alınıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Qəzaya səbəb sürücülərdən birinin yağmurlu hava şəraiti ilə əlaqədar olaraq idarəetməni itirməsi və avtomobilin hasara çırpılması olub. Yaralılar xəstəxanaya yerləşdirilib.