Ceyhun Bayramov Britaniya elçisi ilə birgə rəsm çəkdi – Foto

  • 13:26 - 22 Fevral
Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə Ticarət Elçisi Baronessa Emma Nikolsonla görüşüb.  Avropa.info xəbər verir ki, Bakı şəhəri 23 nömrəli məktəbdə baş tutan görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. Bu əməkdaşlıqda "British Council"-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub. Eyni zamanda "British Council" ilə əməkdaşlıq çərçivəsində 23 nömrəli məktəbdə fəaliyyət göstərən ingilis dili resurs mərkəzi ziyarət olunub. Daha sonra təhsil naziri Ceyhun Bayramov və Baronessa Emma Nikolson 23 nömrəli məktəbdə şagirdlərlə birlikdə qrup tapşırığı yerinə yetiriblər və Novruzu təsvir ediblər.

Oxunma sayı: 4334

Oxşar yazılar