“Huawei” şirkətinin prezidenti ABŞ-a meydan oxudu

  • 13:10 - 19 Fevral
Çinin texnologiya nəhəngi “Huawei”in təsisçisi Ren Çjenfey şirkəti baş mühasibatçısı qızı Men Vançjounun həbsindən bu yana ilk dəfə mətbuatın suallarına cavab verib. Avropa.info xəbər verir ki, BBC-yə müsahibə verən Çjenfey “ABŞ-ın bizi təzyiq altında saxlaması mümkün deyil, çünki onlardan daha irəlidəyik. Daha çox ölkələri “Huawei”dən istifadə etməməyə inandırsalar belə, hər zaman işləri daha bir az kiçildə bilərik”. İngiltərənin “Huawei”in 5G xidmətlərini qadağan etməsi ehtimalı haqda danışan Çjenfey şirkətlərinin İngiltərədəki kapitaldan imtina etməyəcəyi və sərmayə qoymağa davam edəcəklərini bildirib. “Hələ İngiltərə güvənirik. İngiltərənin də bizə daha çox güvənəcəyini ümid edirik. İngiltərəyə daha çox sərmayə qoyacağıq”. Çjenfey qızının siyasi motivlərlə həbs olunması barədə də danışıb: “ABŞ başqalarını cəzalandırmağı sevir, nə vaxt bir problem olarsa, belə mübarizə metoduna əl atacaqlar”.

Oxunma sayı: 7139

Oxşar yazılar