“Neolit”dəki davaya görə dağıstanlı bloqer həbs olundu

  • 11:47 - 18 Fevral
Çeçenlər və azərbaycanlılar arasında Moskvanın “Neolit” kafesində baş vermiş davada iştiraka görə bloqer Əlibəy Mirzəxanov saxlanılıb. Avropa.info xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıblar. “Moskvanın Filevsk bulvarında yaşayan Əlibəy Mirzəxanov bazar günü səhər tezdən saxlanılıb, evində axtarış aparılıb” – məlumatda deyilir. Qardaşı Mənsur Mənsurovun sözlərinə görə, səhər tezdən özünü qonşu kimi təqdim edən 20-yə yaxın adam evə soxulublar. Bloqeri qandallayaraq yerə uzadıb fiziki zor tətbiq ediblər. Evdə axtarış aparıb, texnikanı götürüblər. Ona qarşı “əvvəlcədən razılaşdırılaraq qrup şəklində törədilmiş xuliqanlıq” ittihamı ilə cinayət işi açıblar. Qohumları onun davada iştirakının olmadığını bildirir. Qardaşı Mirzəxanovun saxlanılmasını 2012-2013-cü illərdə Dağıstanda oğurlanması faktı ilə əlaqələndirilir. O zaman Mirzəxanov təhlükəsizliyinə görə Dağıstanı tərk etmişdi. 1994-cü il təvəllüdlü Mirzəxanovun “İnstagram”dakı səhifəsini 100 min adam izləyir.

Oxunma sayı: 8382

Oxşar yazılar