Vaterpolçular arasında kütləvi dava olub

  • 22:04 - 14 Fevral
Kazanda vaterpol üzrə Rusiya çempionatının 11-ci turu çərçivəsində yerli “Sintez” komandası ilə Volqoqradın “Spartak” komandası arasında keçirilən matç kütləvi davaya görə dayandırılıb. Matçın bitməsinə 4 dəqiqə 9 saniyə qalmış bir neçə idmançı Volqoqrad komandasının qapısı yanında əlbəyaxa olub. Ehtiyat idmançılar skamyasında oturanlar onların köməyinə tələsiblər. Komandaların məşqçiləri də hovuzun kənarında tutuşublar. Yarışın hakimi onları ayırıb. Həmin vaxt hesab “Spartak” komandasının xeyrinə 9:6 olub. Arbitrlərin qərarına görə matç dayandırılıb. İndi hakimlər kollegiyası qərar qəbul etməlidir: qələbə Volqoqrad komandasına verilməli, yoxsa matç yenidən oynanılmalıdır?

Oxunma sayı: 5148

Oxşar yazılar