Putin Ərdoğanla görüşdən sonra tatamiyə çıxacaq

  • 15:06 - 14 Fevral
Rusiya prezidenti Vladimir Putin iş saatı başa çatdıqdan sonra Soçidə Rusiya cüdo yığmasının üzvləri ilə tatamiyə çıxmağı planlaşdırır. Avropa.info xəbər verir ki, bu açıqlama Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib. “Prezident gecə vaxtı cüdo yığmamamızın üzvləri ilə burada, Soçidə tatami üstünə çıxmaq istəyir” – Peskov belə deyib. Peskov idman fəaliyyətinin Putinin planlarına daxil olduğunu, lakin üçtərəfli sammitin nə qədər çəkəcəyini proqnozlaşdıra bilməyəcəyini deyib: “Prezident bu günü idmanla başa vurmaq istəyir”.

Oxunma sayı: 7106

Oxşar yazılar