Fransada terror bəhanəsi ilə məscidlər bağlandı

  • 17:40 - 13 Fevral
Fransa Daxili İşlər Nazirliyi 2 il əvvəl fövqəladə vəziyyət ləğv olunduqdan sonra qəbul edilən terrorla mübarizə qanunu çərçivəsində apardığı tədbirlər haqda hesabatla çıxış edib. Avropa.info xəbər verir ki, qanun çərçivəsində 10 terror aktının qarşısının alındığı və valilərin tələbi ilə 7 məscidin bağlandığı, 93 şəxsin evinə basqın edildiyi açıqlanıb. Bu müddət ərzində 106 nəfər ev həbsinə məhkum edilib, 3 terror aktının qarşısı alınıb. 2015-ci ilin 13 noyabrında Parisdə 130 nəfərin qətli ilə nəticələnən terror aktından sonra Parisdə fövqəladə vəziyyət elan olunmuşdu. 2017-ci ilin 1 noyabrında fövqəladə vəziyyət ləğv edilmiş, həmin ilin 30 oktyabrında terrorla mübarizə qanunu qəbul olunmuşdu. Qanuna görə, ədliyyə orqanlarının əksər səlahiyyəti valiliklərə təhvil verilib. Fövqəladə vəziyyətin tətbiqi zamanı basqınlar, axtarışlar təhlükəsizlik zonası elan etmə kimi bir çox səlahiyyətlər valiliklərə verilib. Valilər məscidlərin də daxil olduğu ibadətxanaları bağlamaq səlahiyyəti əldə edib. Terror dəstəkləyən və təbliğatını aparan hər hansı yaz ı, söhbət, fikir və nəzəriyyə ibadətxanaları bağlamaq üçün səbəb sayılır. 23 ay davam edən fövqəladə vəziyyət çərçivəsində 20-dən çox məscid bağlanarkən, hər hansı sinaqoq və kilsə bağlanmayıb. Yeni qanuna görə, uşaqlarını terror aktı həyata keçirməyə və bu məqsədlə xaricə getməyə icazə verən valideyn də cəzalandırılacaq. Qeyd edək ki, BMT İnsan Haqları Şurası hesabatçıları terrorla mübarizə qanun layihəsinin Fransa vətəndaşları, xüsusilə müsəlmanlar üçün “haqsız” və “ayrı-seçkilik” ehtiva edən fəaliyyətə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.

Oxunma sayı: 6600

Oxşar yazılar