Çindən Türkiyə ilə bağlı xəbərdarlıq

  • 14:30 - 13 Fevral
Çinin Ankarada yerləşən səfirliyi uyğur türklərinin xalq aşığı Əbdürrəhim Heyitin vəfatından sonra iki ölkə arasında baş verən böhranla bağlı Türkiyəyə səyahət edəcək çinlilərə xəbərdarlıq edib. Avropa.info xəbər verir ki, xəbərdarlıqda Türkiyədə yaşayan Çin Xalq Respublikası vətəndaşlarının və Türkiyəyə gələcək çinli turistlərin “diqqətli olmaları və şəxsi təhlükəsizliklərinə diqqət verməyin vacibliyi” qeyd olunur. Xatırladaq ki, cümə günü Çin və Türkiyə arasında siyasi böhran baş vermişdi. Əbdürrəhim Heyitin həbsxanada vəfat etməsi bağlı Türkiyə XİN Çini uyğur türklərinin fundamental insan haqlarına hörmət etməyə və nəzarət düşərgələrini bağlamağa çağırıb. Çin tərəfi isə Heyetin həyatda olmasının “sübutu” kimi video yaymış, Türkiyənin iddialarının həqiqətdən uzaq sayaraq sərt reaksiya vermişdi.

Oxunma sayı: 7447

Oxşar yazılar