Millimizin yeni baş məşqçisinin maaşı açıqlandı – 300 min avro

  • 12:31 - 13 Fevral
AFFA-nın Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçə verəcəyi maaş açıqlanıb. Avropa.info fanat.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Həmkarlarımız iddia edib ki, onun illik maaşı 300 min avro (təxminən 578 min manat) olacaq. Bu isə sabiq əcnəbi baş məşqçilər - Berti Foqts və Robert Prosineçkinin maaşından daha azdı. Xorvatiya mətbuatı iddia edib ki, Foqts və Prosineçki ölkəmizdə illik 1 milyon avro qazanıb.

Oxunma sayı: 3047

Oxşar yazılar