Pelenin qarşısını kəsən əfsanəvi qapıçı vəfat etdi - Video

  • 16:42 - 12 Fevral
Futbol əfsanəsi, İngiltərə yığmasının sabiq qapıçısı Qordon Benks 81 yaşında vəfat edib. Avropa.info xəbər verir ki, Benks FİFA versiyasına görə 6 dəfə ilin qapısı seçilib. 2015-ci ildə futbolçunun böyrək xərçəngindən müalicə aldığı bəyan edilmişdi. O, bu gecə keçinib. “Lester” və “Stok” klublarında çıxış edən futbolçu İngiltərnin Dünya Kubokunu qazandığı 1966-cı il yığmasının bir nömrəli qapıçısı olub. 1970-ci il dünya çempionatında braziliyalı Pelenin zərbəsinin qarşısını alması anı XX əsrin ən yaxşı qurtarışı sayılır. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının siyahısında Benks XX əsrin ən güclü qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutub. [embed]https://www.youtube.com/watch?v=CFStObNWGt8[/embed]

Oxunma sayı: 7590

Oxşar yazılar