Abşeronda mağazadan oğurluğa cəhd göstərən dostlar saxlanılıb

  • 19:32 - 11 Fevral
Abşeron rayonunda mağazadan oğurluq etmək istəyən şəxslər saxlanılıblar. “Report”un  məlumatına görə, hadisə rayonun Novxanı kəndində qeydə alınıb. Belə ki, Abşeron rayon Polis idarəsinin əməkdaşları Nicat Vəliyev və Məhəmməd Gülverdizadəni iş başında yaxalayıblar. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Nicat Vəliyevin Abşeron rayonun bir çox yerlərində, eləcə də Masazır kəndində mağazalardan oğurluq edərək vətəndaşlara maddi ziyan vurduğu da məlum olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxunma sayı: 13431

Oxşar yazılar