Balaca gimnastımızın Polşada böyük qələbəsi – Foto

  • 10:21 - 11 Fevral
Fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması kecirilib.  Avropa.info xəbər verir ki, Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və  Avstriyanın  20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda böyük rəqib ordusunun olmasına baxmayaraq,  fəxri kürsününun ən yüksək pilləsini tutmuş, qızıl medala sahib olub. Mina Azərbaycana olan sevgisini hər kəsə bəyan etmək üçün mükafatlandırma mərasimini əks etdirən fotolarında da xüsusi jestlərdən  istifadə edib. O, fəxri kürsünün ən yüksək pilləsindən üçrəngli  bayrağımıza  sarılaraq, Vətənimizə  hərbi salam gondərib, bununla da Azərbaycan üçün hər zaman,  hər şeyə hazır olduğunu bəyan edib. İstər münsiflər heyəti, istərsə də tamaşaçı auditoriyası balaca gimnastımızın bu jestini sürəkli alqışlarla qarşılayıblar. Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq  dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir. Balaca gimnastın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya  çempionatlarında və Olimpiya  oyunlarında təmsil etmək və  üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğur olsun, Mina! [gallery columns="1" size="full" ids="307248,307249,307250,307251,307252"]  

Oxunma sayı: 5203

Oxşar yazılar