Kadırov Həbib Nurməhəmmədovun atasına avtomobil hədiyyə etdi – Foto

  • 15:45 - 06 Fevral
Çeçenistanın başçısı Ramzan Kadırov UFC üzrə çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədova “Mercedes ML” markalı avtomobil hədiyyə edib. Avropa.info xəbər verir ki, Həbibin atası Abdulmanap Nurməhəmmədov Çeçenstana səfər edib və orada bir sıra tədbirlərdə iştirak edib. Səfər zamanı Həbibin atası Abdulmanap Nurməhəmmədov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb. R.Kadırov ona "Mercedes ML" markalı avtomobill bağışlayıb. Həbib Nurməhəmmədov bu yaxınlarda ABŞ-da Konor Makqreqorla döyüşdə qalib gəlib. Lakin döyüşdən sonra aralarında qalmaqal yaşanıb və buna görə də Həbib yarışlardan 9 ay müddətinə uzaqlaşdırılmaqla, bərabər 500 min dollar həcmində cərimə olunub. Avropa.info [gallery columns="1" size="full" ids="306351"]

Oxunma sayı: 4719

Oxşar yazılar