Ərdoğandan sərt tənqid: "Avropa İttifaqı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir"

  • 10:33 - 06 Fevral
Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiya üzrə miqrasiya razılaşmasına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Avropa.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsipras ilə birgə mətbuat konfransında bildirib. T.Ərdoğan deyib: "Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir". Prezident əlavə edib ki, Türkiyə ərazisində 4 milyon qaçqın var və onların qəbul edilməsinə ölkə 35 milyard dollara yaxın pul sərf edib.

Oxunma sayı: 3740

Oxşar yazılar