Nigeriya ordusu 9 terrorçunu məhv edib

  • 21:30 - 05 Fevral
Nigeriya ordusunun ölkənin şimal-qərbində keçirdiyi əməliyyatlar nəticəsində 9 terrorçu öldürülüb. Daha üç quldurun yaxalandığı bildirilir. Avropa.info xəbər verir ki, Nigeriyanın şimal-qərbində yerləşən Zamfara əyalətində silahlı terrorçu qruplaşmanın dinc əhaliyə divan tutması, inşaları qarət etməsi ilə əlaqədar məlumatlar daxil olduqdan sonra ordu hissələri genişmiqyaslı əməliyyatlara başlayıblar. Silahlı Qüvvələrin mətbuat katibi Klement Abiade bildirib ki, əməliyyat nəticəsində öldürülən və həbs olunan quldurların düşərgələri məhv edilib. Onun sözlərinə görə, terrorçuların oğurlayaraq girov saxladıqları iki nəfər də azad edilib. Zamfara və Katsina əyalətləri arasında yerləşən meşəliyə qaçan terrorçuların yaxalanması üzrə əməliyyat tədbirləri davam etdirilir. Qəsəbədə onlarla əlaqədə şübhəli bilinən 6 sakin də saxlanılıb. Mətbuat katibi əlavə edib ki, terrorçuların düşərgəsində çoxlu sayda partlayıcı qurğu və silah-sursat, həmçinin yanacaq tankeri və avtomobillər aşkar olunub.

Oxunma sayı: 6402

Oxşar yazılar